Yevgeni Priqojinin uğursuz üsyanı Kremlin Ukraynaya qarşı müharibəsinin Rusiyanın gücünü parçaladığını göstərir.
Tacxeber.com xəbər verir ki, bunu Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell xarici işlər nazirlərinin iclasında deyib.
Aİ-nin yüksək rütbəli diplomatı nüvə dövlətindəki qeyri-sabitliyin yaxşı hal olmadığını bildirib.
Borrellin sözlərinə görə, “ən mühüm nəticə” ondan ibarətdir ki, Rusiya prezidenti Vladimir Putinin Ukraynaya qarşı başlatdığı müharibə və Putinin “Vaqner”lə yaratdığı “monster” indi onun əleyhinə çevrilib.