• 22 Noyabr 2024 11:43

Lukaşenkonun Ukrayna müharibəsində Rusiyanı dəstəkləməsi səbəbindən “Dinamo” – “Jelezniçar” oyunu Minskdə yox Bakıda keçiriləcək

UEFA “Dinamo” - “Jelezniçar” oyununun Bakıda keçiriləcəyini təsdiqlədi

Konfrans Liqasının “Dinamo” (Minks, Belarus) – “Jelezniçar” (Bosniya və Herseqovina) matçının Bakıda keçiriləcəyi rəsmən təsdiq olunub.

Bu haqda UEFA qərar verib. Qurumun rəsmi saytında açıqlanan afişada oyunun Bakıda, “Qarabağ”ın stadionunda (Azərsun Arena) keçiriləcəyi qeyd edilib. Konfrans Liqasının birinci təsnifat mərhələsinin bu cavab matçı iyulun 20-də keçiriləcək. Oyunun saat 21:00-da başlanacağı qeyd olunub. Matçı Slovakiya Futbol Federasiyasından Mixal Osenaşın rəhbərlik etdiyi hakimlər briqadası idarə edəcək.

Bu cütün qalibi KL-in ikinci təsnifat mərhələsində Azərbaycan təmsilçisi “Neftçi”yə rəqib olacaq.

Xatırladaq ki, UEFA Belarus komandalarının (milli və klub səviyyəsində) ev oyunlarını neytral meydanda keçirməsi barədə qərar verib. Buna Belarus hakimiyyətinin Ukrayna müharibəsində Rusiyanı dəstəkləməsi səbəb olub. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər