Tanınmış vəkil Kamandar Nəsibov və oğlu Yunis Nəsibov “Azərbaycan Hava Yolları” QSC-ni məhkəməyə verib.
Tacxeber.com-ın əldə etdiyi məlumata görə, bu barədə vəkil və oğlu Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Belə ki, Kamandar Nəsibov və Yunis Nəsibov maddi ziyanın və mənəvi zərərin ödənilməsi barədə tələb irəli sürüb.
Hazırda iddia hakim Elnur Həsənovun sədrliyi ilə araşdırılır.
Məhkəmənin növbəti iclası iyulun 20-nə təyin edilib.
Qeyd: Kamandar Nəsibov bir çox tanınmış şəxslərin sabiq nazir Əli Abbasov, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş idarə rəisi, general-mayor Akif Çovdarov və Türkiyədə qətlə yetirilmiş “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun vəkili olub.