• 23 Noyabr 2024 00:48

İsveçdən növbəti skandal: Quranın yandırılmasına yenə icazə verildi

 

İsveç polisi növbəti dəfə müsəlmanlara qarşı təxribatçı hərəkətlərə icazə verib.

Tacxeber.com AFP-yə istinadla xəbər verir ki, İsveç polisi paytaxt Stokholmda məscidin qarşısında Qurani-Kərimin yandırılmasına icazə verib.

Xəbərdə qalmaqallı aksiyanın şəhərdəki baş məscidin qarşısında yerli vaxtla saat 13:30-da keçiriləcəyi bildirilib.

Məlumata görə, polis bunun üçün şəhər kənarından əlavə qüvvələr cəlb olunmasını istəyib.

Qeyd edək ki, yanvarın 21-də ifrat sağçı fikirləri ilə tanınan Rasmus Paludan Paludan Türkiyənin Stokholmdakı diplomatik nümayəndəliyi qarşısında Quranı açıq şəkildə yandırması Türkiyə ilə İsveç arasında münasibətlərin gərginləşməsinə səbəb olmuşdu.

Türkiyənin NATO-ya üzv olmaq üçün təsdiqini gözləyən İsveç qalmaqallı qərarı ilə yenidən gərginliyi artırıb.

Tacxeber.com

Oxşar xəbərlər