• 23 Noyabr 2024 01:47

Nura Suri: “Qurban olan yerdə bayram necə ola bilər axı?”

 

“Bu gün heç kəsi təbrik etməmişəm. Məni tanıyanlar heyvanlara olan münasibətimi bilir. 7-8 ildir ət yemirəm. Qurban olan yerdə bayram necə ola bilər axı? Yaxşılıq etmək üçün günahsız heyvanları qurban etməyə ehtiyac görmürəm. Subyektiv fikrimdir”

Tacxeber.com xəbər verir ki, bunu müğənni Nura Suri deyib.

““Quran-i Kərim”i də oxumuşam. Xırdalamaq istəmirəm. İnsan bütün varlıqlardan üstündür deyə İbrahim peyğəmbər oğlunun yerinə qoyun kəsir. Hər il qoyunlara genosid edin kimi cümlələr yazılmayıb. Musa peyğəmbər isə inəyi insanlar aclıqdan ölməsin deyə, kəsməyə məcbur qalır. Qısa yazıram, dərinə getmək istəmirəm. Hərənin bir doğrusu, bir seçimi vardır. Sizin seçiminizə hörmətlə yanaşıram. Siz də eynisini edin. Məni təbrik etməyin” – müğənni əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər