• 22 Noyabr 2024 18:50

“Bu hələ başlanğıcdır… İndi əsas odur ki, qorxmayaq…”

“Qorxmayın və siz vətəndaş cəmiyyəti və siyasətçilər də özünüzü müdafiə etməyi öyrənməlisiniz!..”

“Rusiyada sonuncu iğtişaşlar və zorakılıq erası başlayıb və İvanişvilinin böyük ölçüdə rus klanına çevirdiyi Gürcüstan da bu yola qədəm qoyub”.

Tacxeber.com  “Qruziya Online” portalına istinadla xəbər verir ki, bunu Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili “Facebook”-da yazıb.

“Gürcüstanda hakimiyyət cinayətkar qrup tərəfindən ələ keçirilib və bu, mütləq genişmiqyaslı zorakılığa keçəcək. Dünən gördükləriniz yalnız başlanğıcdır, indi əsas odur ki, qorxmayaq!..

Mən ki, bura gəlməkdən qorxmadım. Baxmayaraq ki, məni öldürə biləcəklərini dəqiq bilirdim. Qorxmayın və siz vətəndaş cəmiyyəti və siyasətçilər də özünüzü müdafiə etməyi öyrənməlisiniz! Seçki siyahıları üzrə yerlərin bölüşdürülməsi vaxtı deyil – gördüklərim məni təəccübləndirir…

Rusiyada və Ukraynada baş verən hadisələrə paralel olaraq (xüsusən də Ukraynanın uğurları ilə paralel olaraq) bizi çətin bir dövr gözləyir, onu keçməyimiz üçün konsolidasiya və əvvəlki illərdə aktual olmayan yeni elementlər tətbiq etməliyik…

Onlar bizim gələcəyimizi oğurladılar və hazırda indimizi də almaq istəyirlər. Biz İvanişviliyə və onun Rusiyadakı himayədarlarına deməliyik ki, bizi məğlub edə bilməyəcəklər. Siz bizi “alçalda” bilməzsiniz…

Rusiya uğursuzluğa düçar olmaqdadır və biz Abxaziyanı azad etməliyik…

Mən hələ Ukraynanın yekun azad edilməsində iştirak etməliyəm və bundan sonra Suxumidə Pyatsa meydanını tikməyə hazırlaşıram”, – deyə həbsdə olan eks-prezident inamla vurğulayıb. (Moderator.az)

Tacxeber.com

 

Oxşar xəbərlər