• 23 Noyabr 2024 08:54

Vaşinqton görüşündə “üçkünc masa” mesajı: ABŞ demək istəyir ki… – AÇIQLAMA

 

Xəbər verdiyimiz kimi, 27-29 iyun 2023-cü il tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində danışıqlar aparılıb. Vaşinqtonda olarkən onlar ABŞ-ın dövlət katibi Entoni Blinken və prezidentin köməkçisi və milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. Danışıqlar zamanı tərəflərin əyləşdiyi üçkünc masa medianın və beynəlxalq ictimaiyyətin nəzərindən yayınmayıb. Müzakirələr zamanı bu görüntüyə müxtəlif şərhlər verilib. Masanın Azərbaycan və Ermənistanın sülhə daha da yaxın olduqlarından xəbər verməsi kimi qiymətləndirilib.

Bununla bağlı  tanınmış psixoloq Azad İsazadə isə görüntünü belə şərh edib:

“Masanın ən böyük mesajı budur ki, vəziyyəti ABŞ öz boynuna götürüb. Amerika bununla nümayiş etdirir ki, ümumiyyətlə, Cənubi Qafqazdakı vəziyyəti mən həll edəcəyəm, maneə olmayın, Cənubi Qafqazda sülhü bərpa etməyə qadirəm. Sözsüz ki, son bir neçə ay ərzində az da olsa, Azərbaycan-Ermənistan arasında aparılan sülhlə bağlı danışıqlarda yavaş-yavaş irəliləyiş var. Müqaviləyə aid hansısa bəndlərdə razılığa gəlinir, bəzilərinə düzəliş edilir, bəziləri sonraya saxlanılır. Görünür, prosesdə irəliləyiş, o cümlədən Ermənistan tərəfində sülh müqaviləsini bağlamaq istəyi var. Fikir versəniz, görüşlər Qərbdə keçiriləndə irəliləyiş baş verir. Moskvada keçirilən görüşlərdən sonra isə praktiki heç bir nəticə olmur. Bu da onu göstərir ki, Qərb, ilk növbədə Vaşinqton bu problemin həllini tapmaq istəyir. Amma bir şeyi başa düşməliyik: bütün danışıqlar, müqavilələr Ermənistan dövləti ilə bağlanır. Müqaviləni icra etməyə Ermənistan hökuməti özü cavabdehdir. Amma ictimai fikir də var. İctimai fikir bu gün Ermənistanda müharibəni istəmir, müharibədən qorxur. Bilirik ki, erməni cəmiyyətinin içində revanşist, millətçi, Paşinyana müxalif, ruspərəst qüvvələr də mövcuddur. Çox deyillər, amma onlar müqavimət göstərirlər. Deməli, biz hazır olmalıyıq ki, sülh müqaviləsi bağlandı-bağlanmadı, hansısa təxribatlarla rastlaşacağıq. Ermənilər Qarabağda Azərbaycan vətəndaşlığını qəbul etsələr, orada qalsalar, sözsüz ki, təxribatlar azalacaq. Amma başa düşürük ki, onların arasında təxrubatçılar da baş qaldıra bilərlər. Deməli, özümüzü bir neçə il anti-terror vəziyyətdə yaşamağa öyrətməliyik”. (Pravda.az)

Tacxeber.com

Oxşar xəbərlər