• 23 Noyabr 2024 17:28

“Dözə bilmədi, ciyəri partladı” – Xanəndənin qızı

Mərhum xanəndə, Azərbaycan SSR xalq artisti Hacıbaba Hüseynovun qızı Sədaqət Hüseynova “O üz” proqramının qonağı olub. Axşam.az xəbər verir ki, o, atası haqda xatirələrini bölüşüb. Xanəndənin xəstəliyindən danışan S.Hüseynova bildirib ki, atası onu ifaçı olmağa qoymayıb:

“Ən çox düzgünlükdə atama oxşamaq istəyirdim. Heç kimin xətrinə dəyən deyildi. Amma bütün nəsil ondan qorxurdu. Gələndə hamı özünü yığışdırırdı. Bilirdim ki, nəyə yox deyəcək, ağız açmırdım. Çox ailəcanlı idi. Mən dünyaya gələndə atamın 50 yaşı var idi. Anama uşaq kimi baxırdı. 1943-cü ildə, müharibə ərəfəsində evləniblər. Əvvəl utanırdım deyəm, atam xanəndə olub. İndi fəxr edirəm. Çünki yerindən duran müğənni olur. Musiqini gözəl bilirəm, atamın xasiyyəti ağır idi, ona görə oxuyan olmadım. Həkim atama dedi ki, yaşamaq istəyirsənsə, oxuma. Dedi ki, ölənə kimi oxuyacağam. Xəstə-xəstə onu qonaq çağırdılar, getdi. Gəldi evə və dünyasını dəyişdi, ciyəri partladı, dözə bilmədi”.

Tacxeber.com

Oxşar xəbərlər