• 25 Noyabr 2024 15:40

“Son 20 il ərzində biz gözəl ölkə qura bilərdik, əvəzində üfunətli çalaya düşmüşük…”

Rusiya cəmiyyəti çürüməkdədir, çünki ölkədəki rejimlə yalnız zorakı metodlarla mübarizə aparılmalı olduğunu anlamır…”

Sürgündə olan rusiyalı oliqarx rusiyalılara əldə silah Putin rejimini devirməyə, özünü isə baş nazir etməyə çağırış edib

Rusiyalı biznesmen və ictimai xadim Mixaıl Xodorkovski rusiyalılara əldə silah Putin rejimini devirməyə çağırış edib.

Tacxeber.com xəbər verir ki, bu barədə o, jurnalist İrina Şixmana müsahibəsində bəyan edib. Məlumatı “moscowtimes.ru” nəşri yayıb.

“Əgər siz yaxşı yaşamaq istəyirsinizsə, əllərinizə silah götürməlisiniz. Həyatımızda elə vəziyyətlər var ki, ya skalpel (cərrah bıçağı) lazımdır, ya da heç nə”, – o bəyan edib.

Xodorkovski deyib ki, bu gün Rusiya cəmiyyəti “çürüməkdədir”, çünki Rusiyada rejimlə yalnız zoraki metodlarla mübarizə aparılmalı olduğunu qəbul edə bilmir.

“Mənim əziz həmvətənlərim, siz diktatura ilə, həm də belə daşlaşmış diktatura ilə yalnız ya güc tətbiq etməklə təhdidlə, ya zorakılıqla mübarizə aparılmalı olduğunu anlamaq iqtidarında olanda sizinlə danışacağıq”, – siyasətçi məlumat verib.

O, həmçinin deyib ki, son zamanlar onun özünə qarşı ictimai maraq səviyyəsi artmağa başlayıb. “Rusiyanın ictimai fikri alternativ axtarışındadır. O, artıq “qara dəliyə” düşdüyünü hiss edib və bu “qara dəlik”dən hansı alternativin olduğuna nəzər salmağa cəhd edir. Belə alternativ mən olduğumdan, təbii ki, Rusiyanın ictimai fikri tədricən nəzərlərini mənə yönəldir”, – Xodorkovski deyib.

O, məlumat verib ki, Rusiyanın yeni hökumətində özünü “ən azı 5 il müddətində” baş nazir görür. Xodorkovskinin sözlərinə görə, “qaxsımış sahədə traktora bənzəyən” Rusiyanı gənc adam idarə etməlidir.

Siyasətçinin sözlərinə görə, o, özünü borclu bilir və “meydandan məğlub getmək istəmir”. “Son 20 il ərzində biz gözəl ölkə qura bilərdik, bunun əvəzində üfunətli çalaya düşmüşük”, – Xodorkovski vurğulayıb.

Hələ şənbə günü “Vaqner qrupu” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin tərəfindən baş qaldırmış qiyam zamanı 60 yaşlı Xodorkovski “insanlara hələ ki, həqiqəti söyləyən Priqojini eşitməyə” çağırış edib.

“Əgər o, Moskva üzərinə gedərsə, onu dayandıranlara mane olun, benzin və solyarka ilə kömək edin, onu dayandırmaq istəyənləri düşmənimizin ümumi olduğuna inandırın, bunu sözünüzlə və işinizlə edin!” – Xodorkovski bəyan edib.

Xatırladaq ki, Xodorkovski Rusiyanı tərk etmiş digər ictimai xadimlərlə birlikdə 2020-ci ilin fevralında təşkil edilmiş “Müharibəəleyhinə komitə”nin tərkibinə daxildir. Komitənin məqsədi Ukraynada müharibəyə görə məsuliyyət daşıyan Vladimir Putinin diktaturası ilə mübarizədir.

Komitə ölkəni müharibə səbəbindən tərk etmiş və xaricdə yaşayan rusiyalılara dəstək verir. Xodorkovskinin fikrincə, Rusiyada qalanlar isə öz gücünə Putin rejimindən ölkəni tərk etmiş mühacirləri hakimiyyətə gətirməlidir.

Tacxeber.com

Oxşar xəbərlər