Nişanlısına qurbanlıq apardı, selin qurbanı OLDU – VİDEO
Xəbər verdiyimiz kimi Daşkəsənə yağan güclü leysan yağışları nəticəsində rayonun Təzəkənd sakini 2000-ci il təvəllüdlü Elgün Orucovu Əyri çaydan keçən sel aparıb.
Tacxeber.com xəbər verir ki, Qabaqtəpə kəndinin ərazisində Ərazi Mülki Müdafiə Qüvvələri tərəfindən cansız bədəni tapılan Elgün Orucov ailəsinə təhvil verilib.
Mərhum ailəsi ilə birlikdə nişanlısına qurbanlıq apardıqdan sonra sözügedən bədbəxt hadisə baş verib.
Geniş məlumat üçün “APA tv”nin reportajını təqdim edirik: