• 28 Noyabr 2024 02:43

Norveçdə partiya rəhbəri hava limanında oğurluq etdi

 

Norveç Qırmızı Partiyasının rəhbəri Byornar Moxnes Oslo hava limanında bahalı gün eynəyi oğurlayıb.

Tacxeber.com  xarici KİV-ə istinadla xəbər verir ki, Moxnes pulunu ödəmədiyi bahalı eynəklə Oslo hava limanında mağazadan çıxdığı aydın olduqdan sonra Gardermoen şəhərində saxlanılıb.

Norveçli siyasətçi eynəyi “təsadüfən” aldığını iddia etsə də, polis Moxnesi oğurluğa görə 3000 Norveç kronu cərimələyib.

Moxnes mövzu ilə bağlı “Facebook” hesabında, eynəyin özünün olduğunu düşündüyünü və çamadanına qoyduğunu bildirib.

O, ictimaiyyətin bəzi dairələrinin polisin hadisəyə həddindən artıq reaksiya vermələrinə, polisin öz işini gördüyünü düşündüyünü, lakin bunun utancverici bir təcrübə olduğunu bildirib.

Tacxeber.com

Oxşar xəbərlər