• 28 Noyabr 2024 00:31

Xoşqədəmin boşanma xəbərini kim yayıb? 

Xoşqədəmin boşanma xəbərini kim yayıb? 

Tanınmış televiziya aparıcısı Xoşqədəm Hidayətqızının həyat yoldaşı, türkiyəli müğənni Doğuşdan boşandığına dair iddialar maraqla qarşılandı.

 Türkiyənin adı Azərbaycan oxucusuna bəlli olmayan bir saytında yayılan xəbər dərhal yerli mediada tirajlandı və sosial şəbəkələrdə ciddi müzakirə mövzusu oldu. 

Tacxeber.com xəbər verir ki, Türkiyənin populyar olmayan media qurumu Xoşqədəmlə Doğuşun birgə apardıqları verilişə birincinin tək çıxmasını, o cümlədən, Doğuşun həyat yoldaşını izləmədən çıxarmasını əsas gətirərək belə bir iddia ortaya atmışdı.  Sonra X.Hidayətqızı həyat yoldaşı ilə İstanbuldan şəkillər paylaşaraq bu iddiaları alt-üst etdi.

Doğuş-Xoşqədəm cütlüyünün ailə dostlarından biri saytımıza məsələnin təfərrüatını açıqlayıb. Onun sözlərinə görə, cütlük arasında münasibətlər normaldır və onlar aradakı izdivaca son vermək barədə düşünmürlər.

Mənbənin dediyinə görə, bu iddianın ortaya atılması Doğuşun Türkiyədəki reputasiyasını zədələməyə xidmət edir. Ailə dostu Doğuş-Xoşqədəm cütlüyünə qarşı “qara PR”ın müğənninin Türkiyədəki rəqibləri tərəfindən ortaya atıldığını vurğulayıb.

Onun sözlərinə görə, vətənində Doğuşun kifayət qədər rəqibi var. Hətta onlardan bəziləri müğənni ilə açıq düşmənçilik etməkdən çəkinmir. Məlum xəbər də onların təxəyyülünün məhsuludur.

Düşmənləri Doğuşun vətənini və anasını atıb Azərbaycana köçdüyünə dair rəy yaratmağa çalışırlar. Guya Xoşqədəm Doğuşun anasını bəyənmir və ikinci də xanımının sözü ilə yaşlı qadından üz döndərib. Amma belə bir hal yoxdur. Tərəflər arasında münasibətlər normaldır. Doğuş yeni mövsümdən etibarən yenidən Xoşqədəmlə birlikdə veriliş aparacaq.

Tacxeber.com

Oxşar xəbərlər