Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixeil Saakaşvilinin növbəti məhkəmə prosesi keçirilib.
M.Saakaşvili məhkəməyə müalicə aldığı klinikadan onlayn qaydada qoşulub.
O çıxışı zamanı kamera vasitəsi ilə fiziki vəziyyətini nümayiş etdirib .
Sabiq prezident həbsdə olmasına görə Rusiya Prezidenti Vladimir Putini və keçmiş baş nazir, “Gürcü Arzusu” partiyasının qurucusu Bidzina İvanişvilini ittiham edib.
“Gürcüstana və Ukraynaya xəyanət edənlər ən ağır sanksiyalarla cəzalandırılmalıdırlar”, – deyə M.Saakaşvili vurğulayıb.