• 27 Noyabr 2024 09:01

Arı şanından sehrli məlhəm

 

Arının balı kimi şanı da dərman kimi istifadə edilir. Arı şanı ilə bir çox xəstəliklərə qarşı məlhəm hazırlamaq mümkündür.

Tacxeber.com Axşam.az-a istinadən bir çox xəstəliklər üçün arı şanından necə istifadə edə biləcəyinizi təqdim edir:

Radikulit əleyhinə: Gecə yatmazdan əvvəl radikulit olan hissəyə arı şanı düz. Səhər onu təmizləyib, həmin yeri bitki yağı ilə sil.

Ateroskleroz: Yemişan toxumundan və arı şanından eyni miqdarda götürüb, 1 stəkan qaynar suya töküb qarışdır. Gündə 3 dəfə bu məlhəmdən 20 damcı iç.

Faringit: Arı şanından bir az götürüb, qliserinlə qarışdır. Bu məlhəmdən gündə bir dəfə udlaq hissəsinə sürt.

Ürək xəstəliklərinə qarşı: 250 qr. sarımsağı sürtgəcdən keçirdib, 250 ml. balla qarışdır. 7 gün qaranlıq yerdə saxladıqdan sonra gündə 3 dəfə 1 xörək qaşığı qəbul et. Bu məlhəm sinir sisteminə təsir edərək, ürəyin fəaliyyətini yaxşılaşdıracaq.

Tacxeber.com

Oxşar xəbərlər