• 20 Sentyabr 2024 09:42

Belə yatmayın! – Mütəxəssislərdən xəbərdarlıq

Mütəxəssislər sərinləmək üçün istifadə edilən ventilyatorlarla bağlı xəbərdarlıq ediblər.

Tacxeber.com xəbər verir ki, onlar ventilyatorların bir sıra zərərlərini sadalayıb.

Ekspertlər vurğulayır ki, ventilyatorlar yataq otağında olan tozları yerindən tərpədərək onların burun boşluğuna daxil olmasına şərait yaradır.

Həmçinin dərini qurudur.

Onun qarşısında yatsanız, əzələ ağrıları, boyun tutulması ilə oyana bilərsiz.

Xüsusilə, allergiyası olan insanlar daha da uzaq durmalıdırlar.

Bəs gecələr ventilyatorsuz sərinləmək və rahat yatmaq üçün nə edə bilərik?

Həkim Sarah Carvis isti havada yatmazdan əvvəl soyuq duş qəbul etməyi və otağı sərin saxlamaq üçün bütün gün jalüz və ya pərdələri bağlı saxlamağı tövsiyə edir.

Tacxeber.com

Oxşar xəbərlər