• 23 Noyabr 2024 12:51

“Apteklərdə nisyə dəftərləri olmamalıdır” – Deputat

 

Apteklərdə nisyə dəftərləri olmamalıdır”.

Bunu Milli Məclisin deputatı Etibar Əliyev Səhiyyə komitəsinin bugünkü iclasında deyib.

O bildirib ki, bəzən apteklərdə nisyə dəftəri görür:

“Belə hal olmamalıdır”.

Deputat həmçinin dərman vasitələrinin bahalığından narazılıq edib:

“Aldığımız dərmanlardan beşindən üçü məhz Türkiyə istehsalıdır. Son zamanlar şəkər xəstəliyi ilə bağlı istehsal olunan dərmanlardan biri Türkiyə aptekində olur. Əvvəl qiyməti 125 manat idi. Sonra bu barədə feysbukda yazdım ki, bahadır, ala bilmirik, qiymətini 75 manata endirdilər. Yenə də baxırıq ki, Türkiyədəki qiymətdən 2,5 dəfə çoxdur”./Report

Tacxeber.com

Oxşar xəbərlər