• 20 Sentyabr 2024 15:54

Zəlzələni əvvəlcədən bilmək mümkündür? – VİDEO

Zəlzələni əvvəlcədən bilmək mümkündür? - VİDEO

Ötən gecə saatlarında baş vermiş 5,7 bal gücündə zəlzələdən dərhal sonra dezinformasiyalar yayıldı.

Hətta yayılan fotoların birində gecəyarı və səhər saatlarında 6.1 bal gücündə növbəti yeraltı təkənların olacağı deyilirdi.

Bütün bunların fonunda zəlzələ baş verməzdən saniyələr əvvəl anroid istifadəçiləri “google”dan zəlzələ ilə bağlı bildirişlər aldılar.

İnnovativ texnologiyalar üzrə mütəxəssis Nicat Manafovun sözlərinə görə, ”google” android istifadəçilərinə son bir neçə ildir ki, bu xidməti göstərir. Yəni bu cür təbii fəlakətlər və qəza anlarında telefon sahiblərinə, onların yaxınlarına və dövlət qurumlarına hadisənin məzmunu barədə məlumatlar ötürülür. Mütəxəssis android telefonlarının bu məlumatı necə əldə etməsinə də aydınlıq gətirib.

O bildirib ki, faktiki olaraq zəlzələnin baş verəcəyini bir neçə dəqiqə və ya saat əvvəlcədən bildirən texnologiya kəşf edilməyib.

Amma android istifadəçiləri bu bildirişləri alsalar da, “apple” istifadəçilərinə zəlzələdən əvvəl məlumatlar göndərilmədi. Mütəxəssis bunun da səbəbini açıqlayıb: “Zəlzələnin olduğu episentrlərdə sensorlar olur. Bunlar dövlətlərə, müxtəlif beynəlxalq təşkilatlara aid ola bilər. O snesora gələn məlumatlar toplanır və “google” və ya “apple”a ötürülür. Onlar da həmin məlumatları öz istifadəçiləri ilə anlıq olaraq bölüşürlər. Amma zəlzələni qabaqcadan məlumat verən texnologiya hələ ki, kəşf olunmayıb. Belə bir şey mümkün deyil”.
Xüsusilə belə anlarda bu kimi saxta xəbərlərin yayılması da sürətlə gedir. Ekspert vətəndaşlara belə məlumatlara etibar etməməyi tövsiyə edir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyi də yayılan bəzi saxta xəbərlərlə bağlı məlumat yayıb. Bildirilir ki, dağıntı, tələfatla bağlı DİN-ə hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsassızdır və həqiqəti əks etdirmir.

Xəzər TV mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Tacxeber.com

Oxşar xəbərlər