• 23 Noyabr 2024 18:12

İnsan öldükdən sonra Ruhu hara gedir? – İlahiyyatçı AYDINLIQ GƏTİRDİ

İnsan öldükdən sonra Ruhu hara gedir? - İlahiyyatçı AYDINLIQ GƏTİRDİ

 

Ruhla bağlı müzakirələr bir çox suallar doğurur. Ruh varmı? Varsa, haradadır? İnsan öldükdən sonra o hara gedir və ümumiyyətlə, ruhun insan bədənini tərk etmə prosesi necə baş verir.

Tacxeber.com xəbər verir ki, bu barədə Referans.az-ın sorğusunu cavablandıran ilahiyyatçı Hacı Təyyar Hüseynli bildirib ki, İslam alimlərinin düşüncələrinə görə, insan öldüyü zaman onun bədənini tərk edən ruh ruhlar aləminə gedir:

“Əslində bu barədə bir çox fikirlər səsləndirilib, amma ən aktual olanı və bir çox tanınmış İslam alimlərinin də təsdiq etdiyi məsələ onların ruhlar aləminə getməsidir. Ruhlar üçün xüsusi bir məkan kifayət etmir. Yəni bu günə qədər milyonlarla insan dünyaya gəlib və vəfat edib. Buna görə də, bu insanların ruhlarının hər hansı bir yerə toplaşdığını təsəvvür etmək olmaz. Amma ruhlar aləmində biz düşənə bildiyimizindən də daha çox ruh var. Necə ki, bütün planet ucsuz-bucaqsızdır, eləcə də ruhlar aləminin sonu yoxdur. Təsəvvür edin ki, ruhlar üçün yaradılmış bir kainat var. Yəni onlar üçün nəzərdə tutulmuş azad bir məkandır”.

İlahiyyatçı bildirib ki, ruh insan bədənini tərk etdikdən sonra onun üçün birinci mərhələ olaraq qəbir hadisəsi baş verir: “Lakin bu bizim düşündüyümüz qəbir deyil. Yəni qəbirsitanlıq dediyimiz insanlar öldüyü zaman aparıb dəfn etdiyimiz yer deyil. Ruhların qəbirləri fərqli bir yerdədir. İnsanların öldükdən sonra getdikləri o dünya dediyimiz yer haqqında cəmiyyətə dsha dolğun və düzgün fikirlər çatdırlmalıyıq. Digər dünya haqqında insanlar qaranlıq və qorxulu düşüncələrə qapılmasınlar”.

Tacxeber.com

Oxşar xəbərlər