• 20 Sentyabr 2024 12:24

Daha bir gənc Fransa polisinin qurbanı oldu

 

Fransa polisi etiraz aksiyaları zamanı 27 yaşlı gənci qətlə yetirib.

Tacxeber.com xəbər verir ki, Fransa polisi iyunun 27-də Nanteredə 3 nəfərin olduğu avtomobilə atəş açaraq 17 yaşlı sürücü Naeli öldürdükdən sonra ölkə əhalisi ayağa qalaxaraq məsələyə öz ciddi etirazlarını bildiriblər. Bu etirazlar qısa zamanda ölkənin müxtəlif şəhərlərini bürüyüb və səngimək bilmir. Nəticədə davamlı olaraq küçərlərdə polislə etirazçılar arasında toqquşmalar baş verməkdədir.

“Reuters”in məlumatına görə, Marseldə 27 yaşlı nümayişçi sinəsindən polisin rezin gülləsi ilə vurulması nəticəsində gənc həyatını itirib. Qətlə yetirilən gəncin kimliyi açıqlanmayıb.

Bu aksiyalar zamanı ölkəyə 1 milyard avrodan çox ziyan dəydiyi, 200 mağazanın tamamilə talan edildiyi, 300 bank dilerinin tamamilə məhv edildiyi, tütün məhsulu satan 250 mağazaya da ziyan dəydiyi bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər