• 20 Sentyabr 2024 14:37

Piylənmənin səbəbləri nədir ?

Gündəlik həyatımızda sağlamlığımızı qorumaq üçün faydalı məsləhətlər

 

Piylənmənin səbəbləri nədir ?

Piylənmə müasir dövrün aktual problemlərindən biridir.

Piylənmə yağların yığılması və piy toxuması hesabına bədən çəkisinin artması sayılır. Piy toxumaları həm fizioloji zonalarda, həmçinin süd vəziləri, bud və qarın nahiyələrində yığıla bilər. Piylənmə piy toxumasının miqdarına görə – dərəcələrə, onun əmələ gəlmə səbəblərinə görə isə tiplərə bölünür.

Mərkəzi piylənmə – qarın nahiyəsində piy yığıntılarının əmələ gəlməsi deməkdir. Piylənmənin ən təhlükəli növüdür, statistikaya əsasən ürək xəstəlikləri, arterial təzyiq və şəkərli diabetin olma riskini artırır. Belə növ piylənmə belin ölçüsünün budların ölçüsündən qadınlar üçün 0.9, kişilər üçün isə 1 dəfə artıq olduqda müşahidə olunur.

Piylənmə aşağıdakı hallarda müşahidə oluna bilər:

  • qəbul olunmuş qida ilə sərf olunmuş enerji arasında tarazlıq pozulduqda;

  • mədəaltı vəzi, qara ciyər, nazik və yoğun bağırsaqda pozulma zamanı;

  • genetik pozğunluqlar zamanı.

Piylənməyə meyllilik yaradan faktorlar:

  • hipodinamiya (fiziki hərəkətlərin azalması);

  • genetik faktorlar, məsələn; lipogenez fermentlərinin yüksək fəallığı, lipoliz fermentlərinin fəallığının azalması;

  • asan mənimsənilən karbohidratların çoxlu miqdarda qəbulu, məsələn; şirin içkilər, şəkərlərlə zəngin pəhriz;

  • bəzi xəstəliklər, əsasən də endokrin xəstəlikləri (hipoqonadizm, hipotireoz, insulinoma);

  • qida qəbulunun pozulmas;

  • stressə meyllilik;

  • doyunca yatmama;

  • psixotrop vasitələr.

Tacxeber.com

 

Oxşar xəbərlər