• 20 Sentyabr 2024 15:38

Bu şair Elza Seyidcahana görə AYB üzvlüyündən çıxır – FOTO

 

Əməkdar artist Elza Seyidcahanın Azərbaycan Yazıçılar Birliyinə üzv seçilməsi cəmiyyətdə müxtəlif fikirlərə səbəb olub. Belə ki, bir çoxları Elza Seyidcahanın üzv seçilməsini dəstəkləmir.

Tacxeber.com Metbuat.az-a istinadən xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan şair Mürvət Qədimoğlu bu qərardan sonra AYB-dən ayrılmaq qərarı aldığını bildirib. Bu məqsədlə o, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevə ərizə yazıb: “Yazıb sizdən xahiş edirəm ki, Elza Seyidcahanın üzv olduğu Yazarlar Birliyində qalmağı özümə, Azərbaycan ədəbiyyatına və Azərbaycan oxucusuna təhqir hesab etdiyimdən, məni AYB-nin üzvlüyündən azad edəsiniz”.

Bundan sonra isə o, Birliyin sədri Anar Rzayeva və AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevə müraciət edərək Elza Seyidcahanın üzvlüyə qəbul olunması ilə bağlı zəmanət verən 3 nəfərin adının kimliyini açıqlanılmasını istəyib.

Tacxeber.com

Oxşar xəbərlər