• 20 Sentyabr 2024 13:44

Qroznıda baş verən hadisə Rusiya vəkillərini ayağa qaldırdı.

Rusiya Federal Vəkillər Palatasının (FVP) şurası bu axşam Çeçenistanda Aleksandr Nemovun döyülməsi ilə əlaqədar vəkillərin ümumrusiya tətilinin elan edilməsini müzakirə etmək niyyətindədir.

Tacxeber Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə “Sota” Teleqram kanalı mənbələrə istinadən məlumat yayıb.

Nəşr xatırladır ki, ötən çərşənbə axşamı Çeçenistanda çeçen fəallları İbrahim və Abubakar Yanqulbayevlərin anası Zarema Musayevanın məhkəməsinə gedərkən vəkil Aleksandr Nemov və “Novaya qazeta”nın jurnalisti Yelena Milaşina qəddarcasına döyülüblər. İstintaq Komitəsi hələ cinayət işi başlatmayıb, Çeçenistanın mətbuat naziri Əhməd Dudayev “Qərb kəşfiyyat xidmətlərinin təxribat”ları barədə danışıb və respublikanın Daxili İşlər Nazirliyi avtomobilində dövlət nömrə nişanı olmadığı üçün hücum edənləri tapa bilmədiyini bildirib.

FVP Şurasına yaxın iki Sota mənbəsinin bildirdiyinə görə, bu axşam müzakirə edilməsi planlaşdırılan tətil son çarədir, lakin vəkil cəmiyyətinin hazırkı vəziyyətdə başqa variantı qalmayıb.

Vəkillərin bu cür tətili təkcə məhkəmələrin deyil, həm də istintaq orqanlarının işini iflic edir, çünki dindirmə aparmaq, həbs-qətimkan tədbiri seçmək və s. vəkillərin iştirakı olmadan mümkün deyil.

Mənbələr bildirir ki, tətil elan edildikdən sonra ştrexbreykerlər tapılsalar belə, onların sayı məhkəmə və hüquq-mühafizə orqanlarının işlərinin işlək vəziyyətdə saxlamaq üçün kifayət etməyəcək.

Tətilin konkret tələbləri hələ formalaşmayıb, lakin onlar Nemova hücumun effektiv araşdırılmasına yönələcəklər.

Tacxeber.com

Oxşar xəbərlər