• 23 Noyabr 2024 07:20

Bədəniniz gündən yanarsa, bu üsulları tətbiq edin

 

Yay aylarında günəşin qızdırcı şuaları bədənimizə təsir edə və dərinin yanmasına səbəb ola bilər.

Bəs, vücudumuzu gün yandırmasından necə qoruya bilərik?

Tacxeber.com gün yandırmaları zaman nə etmək lazım olduğunu təqdim edir:

Soyuq tətbiq

Günəş yanığı sonrası tətbiq oluna biləcək ən təcili üsul soyuq su, ilıq duş və soyuq tətbiqlərdir.

Bu səbəbdən yanıq yerinə soyuq suda isladılmış parça və ya dəsmal da çəkə bilərsiz.

Çay kompresi

Günəş yanığı bölgəsinə qara, yaşıl çay və çobanyastığı çayı dəmləndikdən və soyuduqdan sonra soyuq kompres kimi tətbiq oluna bilər.

Bu çaylar tərkibindəki vitamin və minerallar ilə dərinin bərpasına kömək edəcək və iltihabın inkişafının qarşısını alacaq.

Aloe vera

Tərkibində heç bir kimyəvi maddə olmayan aloe vera ekstraktı yüngül günəş yanığı bölgəsini rahatlamağa kömək edəcək. Bu, dərini soyutmağa və ağrıları azaltmağa da kömək edə bilər.

Qatıq

Qatıq yanıqlar üçün ən çox bilinən vasitədir. Qatığı dəriyə sürməzdən əvvəl 5 dəqiqə soyuducuda saxlayın. Sonra onu dəriyə sürtüb yayın. 4-5 dəqiqə gözlədikdən sonra ilıq su ilə də yaxalaya bilərsiz.

Su

Günəş vannası qəbul edərkən orqanizm çoxlu su itirdiyindən, bol su içmək yanmış dərinin bərpasına kömək edəcək.//Qafqazinfo

Tacxeber.com

Oxşar xəbərlər