• 23 Noyabr 2024 01:47

Lentsov erməniləri peşman etdi: “Kömək edə bilmərik!”

Lentsov erməniləri peşman etdi:  “Kömək edə bilmərik!”

Dünən Qarabağın bir hissəsində yerləşən erməni əhalinin “ictimai təşkilatları sektoru”nun bir neçə nümayəndəsi, o cümlədən separatçıların “anti-böhran şurasının sədri” Tiqran Petrosyan Rusiya sülhməramlılarının komandiri Lentsovla görüşüb.

Tacxeber.com Axar.az-a xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.

Bildirilib ki, görüş çox gərgin şəraitdə keçib:

“Lentsov deyib ki, Laçın dəhlizindəki vəziyyətə görə rus sülhməramlılardan daha çox, Ermənistan Baş naziri Nikol Paşinyan məsuliyyət daşıyır. Məhz Paşinyanın “Qarabağ Azərbaycandır” sözlərindən sonra Laçın yolu bağlanıb”.

Lentsov həmçinin siyasi qərarlar qəbul etmək hüququ olmadığını, yalnız əmrləri icra etdiklərini bildirib və “ictimai fəalları” yola salıb.

Daha sonra separatçıların “deputatları” da Lentsovla görüşüb, onlara da eyni sözlər deyilib və heç bir kömək edə bilməyəcəkləri bildirilib.

Qeyd edilib ki, bundan sonra sülhməramlı kontingentin qərargahı önündə aksiya keçirmək təklifi irəli sürülüb. Lakin yada salınıb ki, iki gün əvvəl belə bir təşəbbüs iflasa uğrayıb, çünki təyin edilən aksiyaya heç 30 nəfər də gəlməyib.

Tacxeber.com

Oxşar xəbərlər