• 27 Noyabr 2024 05:34

İlanlar niyə evə girir? – Mütəxəssisdən xəbərdarlıq

İlanları ərazilərdən uzaqlaşdıran hansı üsul var?

ilanlar-niye-eve-girir

 

Türkiyənin Çuxurova bölgəsində havaların isinməsiylə qış yuxusundan oyanan ilanlar üzə çıxmağa başlayıb. Yaşadıqları yerlər daraldığı üçün yemək tapmaqda çətinlik çəkən ilanlar evlərə də girir.

Tacxeber.com xəbər verir ki, Türkiyə mediasında Mersin Baytar Həkimlər Palatasının başçısı Bektaş Şenayın mövzu ilə bağlı vətəndaşlara məsləhəti dərc edilib. İlanla qarşılaşacağınız təqdirdə panikaya düşməməyi deyən Şenay bunları qeyd edib:

“Dünyada olduğu kimi bölgəmizdə də ilan növləri çoxdur. Qara, boz və kor ilan dediyimiz növlər var. Bunlardan ən zəhərlisi gürzədir. Onların rəngi boz, qalın və qısa boyda olurlar. Çox yaxınlaşmayın, toxunmayın və təhrik etməyin. Çünki ilanlar insanlardan qorxub qaçırlar. Əgər onu təhrik etsəniz, özünü müdafiə etmək üçün hücum etməli olacaq. Kənd yerlərində evlərin ətrafı mümkün qədər təmiz saxlanılmalıdır. Kolluqlar, otlar və yarpaqları təmizləmək lazımdır. İlanlar özlərini ifşa etməmək üçün belə yerlərdə gəzməyi xoşlayırlar. Onlar qapalı və gizli yerlərə getməyə üstünlük verirlər. Heyvanların diqqətini çəkəcək qidaları evlərin ətrafında saxlamamaq lazımdır. Bildiyimiz kimi ilanlar kükürddən qaçırlar, ona görə də evin ətrafına kükürd tökə bilərsiniz”.

İlanların yemək tapmaq üçün evlərə girmək məcburiyyətində qaldığını qeyd edən mütəxəssis: “Heyvanlar ac qaldıqları zaman qarınlarını doyuzdurmaq üçün mütləq şəkildə bir yerlərə girmək məcburiyyətində qalırlar. İlanlar şəhər mühitinə yaxın bir yerdə yaşayırsa, evlərin içərisinə girə bilərlər. Pendir, süd kimi qidaların qoxusu isə onların evin içinə girməsini asanlaşdırır”, – deyib.

Tacxeber.com

Oxşar xəbərlər