• 20 Sentyabr 2024 19:40

TikTok-da təhlükəli tendensiya: 4 nəfərin ölümü ilə nəticələndi – FOTO

 

TikTok-da trend olan “Boat Jumping” (qayıqdan tullanma) adlı hərəkət ölümlə nəticələnib.

Tacxeber.com xarici KİV-ə istinadla xəbər verir ki, insanlar sürətlə hərəkət edən qayıqların arxasından geri tullanırlar.

Belə ki, suya düşən 4 nəfər boyunlarını sındırdıqdan sonra tərpənə bilmədikləri üçün boğulublar.

Fəlakətli hadisələrdən sonra bir çox istifadəçi bu cür tendensiyalara qarşı xəbərdarlıq edilib.

Son qurbanlardan biri isə üç uşaq atası olub. Kişinin öldüyü vaxt qayıqda kişinin arvadı və uşaqları olub. Yoldaşı TikTok üçün video çəkən zaman təəssüf ki, ərinin ölüm anını lentə alıb.

 

 

Oxşar xəbərlər