• 07 İyun 2025 15:41

Bakıya qarşı təbliğat aparan iranlı Həccdən qayıdarkən saxlanıldı

 Bakıya qarşı təbliğat aparan iranlı Həccdən qayıdarkən saxlanıldı
Paylaş

 

İran mediası və televiziya kanallarında Azərbaycana qarşı çıxışları ilə tanınan Əli Əkbər Raefipur Səudiyyə Ərəbistanıda saxlanılıb.

Tacxeber.com Trend-ə istinadən xəbər verir ki, bu barədə İran XİN-in mətbuat katibi Nasir Kənani bildirib.

Onun sözlərinə görə, Əli Əkbər Raefipur Səudi Ərəbistana Həcc ziyarətinə gedib, lakin İrana qayıdarkən naməlum səbəblərdən Ciddə aeroportunda saxlanılıb.

Qeyd edək ki, Raefipur anti-Azərbaycan çıxışları ilə məşhurdur. O, xüsusilə İkinci Qarabağ müharibəsi dövründə Azərbaycana qarşı təbliğat aparmaqla yadda qalıb. Anti-Azərbaycan siyasətinin əsas media təbliğatçısı olan Raefipur israr edir ki, İran Ermənistana hərbi dəstək versin və Zəngəzur dəhlizinin açılmasının qarşısını almaq üçün ora hərbi qüvvə göndərsin.

Tacxeber.com

Oxşar xəbərlər