• 23 Noyabr 2024 14:40

Seyidcahan ailəsində nə baş verir?

 

Bir neçə gün əvvəl Lalə Seyidcahan “Bizimləsən” verilişində bacısı olan Əməkdar artist Elza Seyidcahanla 8 ilə yaxındır ki, küsülü olduğu və artıq Elzasızlığa öyrəşdiyini bildirib. Onun bu açıqlamasından sonra bacıların anası Seyidcahan Əhmədova proqrama zəng vuraraq Lalənin efirə çıxaraq Elza haqda səsləndirdiyi fikirləri sərt şəkildə tənqid edib.

Tacxeber.com Bizim.media-ya istinadla xəbər verir ki, stilist Samiraldo (Samir Əliyev) Seyidcahan ailəsi ilə bağlı diqqət çəkən paylaşım edib.

O, restoranların birində Lalə, Elza və bacıların anası Seyidcahan Əhmədova ilə bir araya gələrək onlarla xatirə şəkil çəkdirib.

Fotonu sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşən Samiraldo “Biz mehriban ailəyik” şərhini yazıb. Lakin Lalənin Elza və anası Seyidcahan Əhmədova ilə barışıb-barışmadığı sual altında qalıb.

Tacxeber.com

Oxşar xəbərlər