• 22 Noyabr 2024 22:56

Fransadan qalmaqallı qərar: Hicabı qadağan edən qanun hazırlanır

 

Avropanın ən çox müsəlman yaşayan ölkəsi olan Fransa ölkə daxilində hicabı qadağan etməyə hazırlaşır.

Tacxeber.com “Yeni Şafak” qəzetinə istinadən xəbər verir ki, Fransa Ali İnzibati Məhkəməsi qalmaqallı qərara imza atıb və hicab qadağasını belə əsaslandırıb:
“Hicab dünyəvilik prinsipinə ziddir və ictimai asayişi pozur”.

2004-cü ildə qüvvəyə minən “İctimai yerlərdə dini, siyasi və fəlsəfi simvolları ehtiva edən geyimlərin geyinilməsini qadağan edən” qanun 2016-cı ildə Fransa Futbol Federasiyası (FFF) tərəfindən də tətbiq edilib.

Mütəxəssislər sözügedən qanunun siyasi məqsədlə qəbul edildiyini və qərarın hüquqi baxımdan qəbuledilməz olduğunu bildirərək,  məhkəmə sədrini hökumət xətti ilə hərəkət etdiyinə görə tənqid ediblər.

Qadın futbolçuların dövlət vəzifəsində çalışmadığını xatırladan ekspertlər onların bu qanuna riayət etmək kimi mükəlləfiyyətləri olmadığını bildirib. Həmçinin qeyd olunub ki, qanun qərəzsizlik prinsipi əsasında qəbul edildiyindən dövlət vəzifələrində işləyənləri əhatə etməlidir.

Tacxeber.com

Oxşar xəbərlər