• 23 Noyabr 2024 07:07

“Qriqoryanı ABŞ-a çağırıb başa saldılar ki, əgər…” – Sensasion açıqlama

“Rusiyanın Ermənistan ordusu ilə yanaşı separatçı rəhbərlər arasındakı əlaltıları artıq ən son addımlara əl atırlar. Onlar iddia edir ki, erməni əhalisi yaxınlaşan sülh şərtləri ilə razı deyil”. 

Bu sözləri Yenisabah.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə söyləyib.

O, sabah Brüsseldə keçirilməsi gözlənilən Azərbaycan və Ermənistan liderlərinin 6-cı görüşü ərəfəsində regionda baş verən hadisələrə, o cümlədən separatçı rejimin Xankəndidə təşkil etdiyi aksiyalara münasibət bildirib.

Analitik əmindir ki, separatçıların bu cəhdlərinin hamısı puça çıxacaq:

“Ümid edirəm ki, sabahkı Mişel-Əliyev-Paşinyan danışıqlarında irəliyə doğru konkret razılaşmalar əldə ediləcək. Çünki bir neçə əlamət buna işarə edir. Birincisi odur ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanı Vaşinqtona çağırdılar. Orada ona başa saldılar ki, əgər Ermənistan tələb olunan qərarı qəbul etməsə, Azərbaycan Qarabağdakı qanunsuz hərbi birləşmələrə zərbə endirəcək və bu zaman Birləşmiş Ştatlar bu əməliyyatı tamamilə qanuni hesab edib buna sakitcə tamaşa edəcəklər.

Görünən odur ki, Ermənistan rəhbərliyi ilə əldə olunmuş razılığı Armen Qriqoryan ABŞ-da bir daha bildirdi. Ondan sonra görüş təcili şəkildə 15-nə keçirildi və ABŞ tərəfi ehtiyatla da olsa, nikbinliyini bildirərək, söyləyir ki, tərəflər irəliyə doğru hansısa razılaşmalar əldə edə bilər”.

“Əgər sabah elan etsələr ki, qanunsuz erməni hərbi birləşmələri bölgədən çıxmağa başlayır və yeni bir hərbi əməliyyata ehtiyac yoxdur, bu, öz-özlüyündə çox böyük bir hadisə olacaq və sülhün yaxınlaşmasından xəbər verəcək. Bu, bizim böyük qələbəmiz, Rusiyanın isə məğlubiyyəti olacaq. Çünki Rusiya çalışacaq ki, əlindən gələni etsin, amma əminəm ki, heç nə alınmayacaq.

Ermənistanla Azərbaycan arasında sülh yavaş-yavaş yaxınlaşır. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da Vilnüsdəki çıxışında qeyd etdi ki, rus qoşunları 2025-ci ildə Qarabağdan gedəcək”, – o, əlavə edib.

“Ümumiyyətlə, bütün dünyada gedən siyasi hadisələrin məcrasına fikir versək, görərik ki, Rusiyanın mövqeləri addım-addım zəifləyir, Qərbin mövqeləri isə güclənir. Bunun da növbəti əlaməti o olacaq ki, Ermənistan-Azərbaycan sülh müqaviləsi Vaşinqtonda imzalanacaq. Bu sənədin imzalanması ABŞ prezident Co Baydenin imicini qaldırıb ona 2024-cü ildəki prezident seçkilərində növbəti namizədliyini bəxş edəcək. Üstəgəl, bu, ona əsas verəcək ki, xarici siyasətdə uğur qazandığını ifadə etsin. Çünki 100 ildən artıqdır davam edən bir münaqişəyə sülh müqaviləsi ilə son qoymaq ABŞ-ın da marağındadır. Sözsüz ki, bunlar Co Bayden üçün müsbət bir hadisədir”, – siyasi təhlilçi fikirlərini bölüşüb.

Tacxeber.com

Oxşar xəbərlər