• 23 Noyabr 2024 08:49

Cahit Bağçı: “Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək”

 

“Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək”.

“Report” xəbər verir ki, bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı “Demokratiya və Milli Birlik Günü” münasibətilə keçirilən anım tədbirindəki çıxışı zamanı deyib.

“FETÖ qlobal şəkildə öz fəaliyyətini hələ də davam etdirir və sülhə qarşı öz xain planlarını hər zaman həyata keçirməyə çalışır”, – səfir vurğulayıb.

Onun sözlərinə görə, FETÖ bu gün də aktiv olaraq fəaliyyətdədir və hər zaman ilk fürsətdə Türkiyəyə qarşı xain addımlar atmağa çalışır:
“Onlar vətən xainidir və türk xalqı onları qəbiristanlıqlara belə girməyə icazə verməyib”.

“Yedi il əvvəl 15 iyulda həlak olmuş 251 nəfər şəhidimizi hər zaman hörmətlə anacağıq və onların əziz xatirəsini daim yad edəcəyik”.

C.Bağçı vurğulayıb ki, Türkiyə və Azərbaycan bundan sonra da xainlərə qarşı birgə hərəkət edəcək.

Tacxeber.com

Oxşar xəbərlər