• 23 Noyabr 2024 12:57

Rusiyalı ekspert: “Qarabağ müharibəsində Rusiya Türkiyə ilə döyüşməyə hazır idi” 

 

Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə ciddi böhranın yarana biləcəyi ehtimalı yoxdur.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiyanın Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski  deyib.

“Bu, yəqin ki, ilk növbədə Ermənistan üçün maraqlıdır, lakin belə bir ehtimal yoxdur ”, – o qeyd edib.

Rusiyalı eskpert əlavə edib ki, ölkəsinin ordusu hələ də çox güclüdür: “Rusiya Türkiyə ilə döyüşməyə hazır idi. Mən bilirəm ki, İkinci Qarabağ müharibəsində sülhməramlıların girib-girməməsi ilə bağlı ciddi müzakirələr gedəndə Türkiyə ordusu ilə toqquşma yaranacağı ehtimalı olan zaman tərəddüdlər olub. Türkiyə ilə tariximizdə haradasa 13 ya da 14 müharibə olub. Təbii ki, daha bir müharibə ola bilərdi. Amma indi bizim 54 ölkənin – NATO və müttəfiqlərdən ibarət koalisiyaya qarşı müharibəmiz var. Bu, başqa reallıqdır”, – Satanovski bildirib.

Tacxeber.com

Oxşar xəbərlər