• 22 Noyabr 2024 18:05

“Hər şey normaldır, mənim yerimə kimsə axtarılmır” – Kadırov

 

“Müddətim bitəndə Allahın izni ilə yenidən seçkilərə gedəcəyəm, xalq mənə səs versə, işləməkdə davam edəcəyəm…”

“Putin kimi müdrik, uzaqgörən, güclü, istedadlı, dürüst və ləyaqətli prezidentdən sonra ölkəyə rəhbərlik etmək, onu idarə etmək mümkün deyil…”

Çeçenistan rəhbəri Ramzan Kadırov bəyan edib ki, respublika rəhbəri seçkilərində iştirak etməyi planlaşdırır.

Bu barədə “Qroznı inform” agentliyi məlumat yayıb.

“Müddətim bitəndə Allahın izni ilə yenidən seçkilərə gedəcəyəm və xalqın məni seçəcəyi təqdirdə işləməkdə davam edəcəyəm”, – çeçen lideri regional hökumətin iclasında vəd edib.

Kadırov vətəndaşlara “təxribatçılar tərəfindən” yayılan şayiələr və uydurmalara inanmamağa çağırış edib.

“Mənim vəzifəmdən kənarlaşdırılmağım və yerimə başqasının axtarılması barədə şayiələr dolaşır, – respublika rəhbəri davam edib. – Mənim yerimə kimsə axtarılmır və mən axtarmağa zərurət yaranmasına imkan verməyəcəyəm”.

Ramzan Kadırov 2007-ci ildən Çeçenistan Respublikasına rəhbərlik edir. 2021-ci ildə, rəsmi məlumatlara görə, o, seçkilərdə öz rekordunu təzələyərək 99, 7 faiz səslə qalib gəlib. Kadırovun səlahiyyət müddəti 2026-cı ildə başa çatır.

2022-ci ilin dekabrında Kadırov “birbaşa xətt”in gedişində bəyan edib ki, onun, istənilən ölkə vətəndaşı kimi, Rusiya prezidenti seçkilərində öz namizədliyini irəli sürmək hüququ var, lakin bunu heç vaxt etməyəcək.

“Özü də söhbət müdrik, uzaqgörən, güclü, istedadlı, dürüst, ləyaqətli adamın idarə etdiyi ölkədən gedirsə”, – Çeçenistan lideri Kremli sakitləşdirməyi də unutmayıb.

Onun sözlərinə görə, belə prezidentdən sonra “ölkəyə rəhbərlik etmək, onu idarə etmək”, demək olar ki, “mümkün deyil”.

Bundan öncə xəbər verildiyi kimi, Çeçenistan rəhbəri müharibənin qızğın çağında və “Vaqner qrupu”nun baş tutmayan və “Ahmat” bölməsinin “yatırılmasına” gedib çatmayan qiyamından sonra məzuniyyətə yollanıb. Bu barədə “Moskovski komsomolets” qəzeti məlumat verib.

Hərçənd, nəşr qeyd edib ki, Kadırov sosial şəbəkələrdə postlar yazmaqda davam edir, məzuniyyət barədə məlumatlar yoxdur.

Rusiyanın ən böyük “Overclockers.ru” informasiya saytı qeyd edir ki, Kadırov bu il iki dəfə-yanvar və aprel aylarında artıq məzuniyyətdə olub.

Apreldə məzuniyyət Ramazan ayına təsadüf edib, Kadırovun izah etdiyi kimi, bu zaman o, rahatca ziyarətgahlara gedib və ibadətlərə daha çox zaman ayırıb. Yanvar məzuniyyətini isə heç nə ilə izah etməyib. (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər