• 23 Noyabr 2024 00:31

“Putinin vəziyyəti pisdir, o, ağıl zəifliyindən əziyyət çəkir” – “Newsweek”

“Putin İrkutsk vilayətinin qubernatoru ilə görüşündə ondan Ukraynada həlak olan hərbi qulluqçulara salam göndərməsini xahiş edib…”

“Putin xərçəng, Parkinson xəstəliyi və ağıl zəifliyindən əziyyət çəkir…”

Rusiya prezidenti Vladimir Putin Kremldə növbəti iclas zamanı körpə uşağın yaşı ilə bağlı dolaşığa düşüb, bu da sosial şəbəkələrdə onun yaşla bağlı demensiyadan əziyyət çəkdiyi şübhələrinə səbəb olub.

Bu barədə Amerikanın “Newsweek” jurnalı yazıb.

Nəşr “Rusiya imkanlar ölkəsidir” qrupunun görüşündən videoya diqqət çəkib, burada Putin Nijni Novqorod şəhəri rəhbərinin sabiq müavini, hazırda cəhbə bölmələrinin birində alay komandirinin hərbi-siyasi işlər üzrə müavini vəzifələrini icra edən İlya Ştokmanla söhbət edir.

Ştokman çörəkxanadakı işindən İT-biznesinədək öz karyerasından, habelə menecerlərin müsabiqəsində uğurları sayəsində Rusiyanın iri şəhərlərindən birinin merinin müavini olmasından, onun fəaliyyət sahəsinə informasiya texnologiyaları, turizm və biznesin inkişafının daxil olduğu barədə müfəssəl danışıb.

 

Kreml rəhbərinə bu tarixçə qəribə gəlib.

“Bilirsiniz, hər birimizdə olduğu kimi, bu tarixçədə, Sizin taleyinizdə, yəqin ki, ölkəmizin tarixinin hansısa bir hissəsi əks olunub. Nəticə etibarilə Siz həqiqətən öz axtarışınızda başlıca nəticəyə gəlmisiniz, bu da özünüzü ölkəyə sərf etməyinizdir. Nəticə etibarilə bu, övladlarımız və Sizin xatırladığınız körpənizin gələcəyi uğrunda mübarizədir. Yeri gəlmişkən, onun indi neçə yaşı var?” – Putin soruşub.

O, cavab verib ki, balacanın 9, böyüyünün artıq 23 yaşı var.

“Sizin iki övladınız var, kiçiyinin cəmi üç yaşı var, amma özünüz üçün cəbhə xəttinə getmək qərarı vermisiniz. Qəribədir!” – Rusiya prezidenti münasibət bildirib.

Görüşün stenoqramı Kremlin saytında yerləşdirilib, onun videofraqmenti bloger Ulyana Yapparova özünün “Twitter” səhifəsində dərc edib.

Jurnal qeyd edir ki, öz şərhlərində istifadəçilər Putinin ruhi sağlamlığına diqqət çəkib. İstifadəçilərdən biri yazıb ki, Putin “tavana baxır” və “ölkədə yerinin axtarışı barədə astaca donquldanır” və bu, “normal deyil”. Digəri qeyd edib: “O, ümumiyyətlə, insanları eşitmir”. Üçüncüsü bu nəticəyə gəlib ki, bu, “ağıl zəifliyinin” təzahürüdür. Kimsə açıq yazıb ki, bu, Altsheymer xəstəliyidir.

Jurnal həm də Rusiya prezidentinin bu yaxınlarda yol verdiyi yanlışlığı xatırladıb. İyulun 17-də İrkutsk vilayətinin qubernatoru İqor Kobzevlə görüşündə o, Ukraynada həlak olan hərbi qulluqçulara salam göndərməsini xahiş edib.

Rusiya prezidentinin sağlamlığı ilə bağlı ilk dəfə deyil ki, yazılır. Tanınmış rusiyalı politoloq Valeri Solovey dəfələrlə əmin edib ki, Rusiya dövlətinin başçısı “həlli mümkün olmayan problemlərlə” üzləşib və Kreml rəhbərinin tezliklə öləcəyi barədə açıq şəkildə eyham vurub.

Bir ay öncə Solovyovla əlaqəli hesab edilən “General SVR” Teleqram-kanalı yazıb ki, Putində xərçəng xəstəliyi var və beyninə metastaz verib.

Putin xəstədir – bəlli olanlar

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müharibəsi başlayandan sonra Putinin sağlamlığı ilə bağlı yoxlanılmamış şaiyələr yayılmağa başlayıb. O cümlədən Rusiya prezidentində xərçəng, Parkinson xəstəliyi və hətta ağıl zəifliyi olduğu iddia edilir. Kreml Putinin tamamilə sağlam olduğuna təkid edir.  (Moderator)

Tacxeber.com

Oxşar xəbərlər