• 21 Sentyabr 2024 00:35

Heyyət üzvü azərbaycanlılar da olan gəmidə 850 milyon avroluq kokain TUTDULAR

Siciliya sahillərində balıqçı qayığında 5,3 ton ağırlığında və 850 milyon avro dəyərində rekord kokain yükü aşkar edilərək götürülüb.

Tacxeber unikala istinadən xəbər verir ki, bu  barədə İtaliyanın ANSA agentliyi məlumat yayıb.

Qeyd olunur ki, insidentdən sonra gəminin 5 ekipaj üzvü də daxil olmaqla 20 nəfər, həmçinin narkotik vasitələrin daşındığı Palau bayrağı olan ticarət gəmisindən daha 15 nəfər həbs edilib.

Palau bayraqlı gəmidə həbs edilən 15 nəfər arasında Ukrayna, Türkiyə və Azərbaycan vətəndaşları da var. İtaliya maliyyə polisinin gəmiləri onları Palermo limanına aparıb.

Tacxeber.com

Oxşar xəbərlər