• 22 Noyabr 2024 07:16

Rəşad Dağlının oğlu Prezidentə müraciət etdi – – “Atamı tora salıblar”

Rəşad Dağlının oğlu Prezidentə müraciət etdi - - “Atamı tora salıblar”

Hazırda həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının oğlu ölkə Prezidentə müraciət edib.

Meyxanaçının oğlu Yusif Əmirov Prezident İlham Əliyevə video müraciət edərək sosial şəbəkə hesabında paylaşıb.

Bacısı ilə birgə video çəkən Yusif atasının cinayətkar olmadığını və ona tələ qurulduğunu iddia edib:

“Mən Prezidentə həm bir baba kimi, həm də prezidentimiz kimi müraciət etmək istəyirəm. Bizim ürəyimizdə böyük bir yük var. O yük bizim atamızdır. Atamız 20 il bu ölkədə xalqın şairi olub, hər kəs onu sevir. Mənə tez-tez bu haqda mesajlar yazırlar, çöldə görəndə qucaqlayıb öpürlər. Hamısı atamı sevənlərdir, onlar iki əllərini də göyə qaldırıb atama görə Allaha dua edirlər. Mən 5 dil bilirəm, bunun da bir səbəbi var – Atam. O həmişə bizim yanımızda olub, bizə dəstək olub, heç vaxt bizim xətrimizə dəyməyib, bizi çox sevirdi.

 Bacım da, mən də özəl məktəbdə oxuyuruq və nəticələrimiz yüksəkdir. Bizim təhsilimiz yarımçıq qalsa, nə edəcəyik? Ola bilər ki, gələcəyimiz olmayacaq.

Mənim atam cinayətkar deyil. Kiçik toyumdan sonra pula görə atamı qurmaya saldılar. Cənab Prezident, göydə Allah, yerdə də siz bizə kömək edə bilərsiniz. Bu, mənim ümidimdir. Bu ay mənim atamın məhkəməsidir və ümid edirəm ki, siz bizə kömək edəcəksiniz”.

 

Həmin görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər