Ermənistan bankları Rusiyanın “Unistream” pul köçürmə sistemi ilə işbirliyini dayandırıb. Dünya 22 İyul 2023 22:27 130 Ermənistan bankları Rusiyanın “Unistream” pul köçürmə sistemi ilə işbirliyini dayandırıb. Bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Bankların siyahısına “Armeconombank”, “Ardshinbank”, “Converse” bank və “Evocabank” daxildir. Maliyyə qurumları müştərilərinə alternativ sistemlərdən istifadə etməyi təklif edirlər. Xatırladaq ki, ABŞ hakimiyyəti ödəniş sisteminə qarşı sanksiyalar tətbiq edib. Gürcüstan və Qırğızıstan bankları da “Unistream”dan imtina edib. (Teleqraf) Tacxeber.com