• 23 Noyabr 2024 16:42

Qızmar istidə ürəyi xəstə olanlar nə etməlidir? – Həkimdən tövsiyələr

 

Qızmar yay günlərində qan dövranı normal hava şəraiti ilə müqayisədə, 2-4 dəfəyə qədər sürətlənərək ürək vurğularının sayının artmasına, aşırı tərləmə nəticəsində bədəndə maye, kalium və maqnezium kimi elektolitlərin itkisinə və laxtalanma sisteminin aktivləşməsinə səbəb ola bilər. Məhz buna görə də ürək-damar sistemi xəstəlikləri, xüsusən də ürək çatışmazlığı olan pasiyentlər yay aylarında daha çox risk altındadırlar.

Tacxeber.com xəbər verir ki, Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Kardiologiya şöbəsinin həkim-kardioloqu Mehriban İsgəndər məlumat verib.
Onun sözlərinə görə, isti hava şəraiti pasiyentlərin vəziyyətinin kəskinləşməsinə və bir çox həyati təhlükəli ağırlaşmalara gətirib çıxara bilər.

Kardioloq bildirib ki, ürək çatışmazlığı müxtəlif səbəblərdən ürək əzələsinin zədələnməsi və yığılma funksiyasının azalması nəticəsində dövr edən edən qanı qovmaq funksiyasının pozulması ilə müşahidə olunan xəstəlikdir. Bundan əlavə, ürək çatışmazlığından əziyyət çəkən pasiyentlər qızmar yay günlərində susuzluq hissiyatını dəf etmək üçün çox miqdarda maye qəbul etdikdə, bu öz növbəsində təngnəfəslik, aşağı ətraflarda şişkinlik və digər durğunluq əlamətlərinin inkişafına və nəticədə pasiyentin hospitalizasiyasına səbəb ola bilər.

Mehriban İsgəndər ürək çatışmazlığı olan pasiyentlər üçün qızmar yay günlərində tövsiyələrini də verib:
Günün isti saatlarında, yəni 13:00-18:00 radələrində açıq hava şəraitində olmaqları tövsiyə olunmur;
Meyvə-tərəvəzlə zəngin yüngül qidalanma tövsiyə olunur;

Maye itkisinin qarşısını almaq üçün balanslaşdırılmış maye qəbulu yəni sutkada təqribən 1.5-2.0 l-ə qədər optimal hesab olunur;

Yüngül gimnastik idman hərəkətləri erkən səhər saat 07:00-08:00 radələrində və ya gün batımından sonra saat 20:00-21:00 radələrində etmək tövsiyə olunur;

Aşırı tərləmənin qarşısını almaq üçün pambıq, kətan kimi təbii materiallardan hazırlanmış paltarlardan istifadə olunması məsləhət görülür.

Tacxeber.com

Oxşar xəbərlər