• 24 Noyabr 2024 04:55

“Euronews” müxbiri Laçın postunda erməniləri məyus etdi

 

Ötən gün “Euronews” jurnalisti Anelise Borxes Laçın sərhəd-keçid məntəqəsini də ziyarət edib.

Tacxeber.com xəbər verir ki, bu barədə jurnalist öz sosial şəbəkə hesabında status paylaşıb.

“Laçın dəhlizi. 22 iyul. İndi buradan Qırmızı Xaç Komitəsinin maşınları keçir. Bu, Ermənistan-Azərbaycan münaqişəsinin ən mübahisəli hissəsidir.

Ermənilər deyirlər ki, Azərbaycan onları mühasirədə saxlayır, baxmayaraq ki, azərbaycanlılar sadəcə olaraq sərhədlərinə nəzarət edir, humanitar yardımın keçməsinə icazə verirlər”, – o bildirib.

Qeyd edək ki, erməni mediası ya onun statusunu tam verməyib, ya da Borxesin “çox güman ki, Şuşada keçirilən qlobal forumun iştirakçılarından biridir” deyə, mövqeyini nəyəsə bağlamağa çalışıblar.(axar.az)

Tacxeber.com

Oxşar xəbərlər