• 24 Noyabr 2024 01:27

Qubad İbadoğlu FETÖ ilə bağlı saxlanılıb?

 

Azərbaycanda FETÖ-ya qarşı əməliyyat keçirilib.

Əməliyyat nəticəsində 4 azərbaycanlı saxlanılıb.

Onlar FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyevdir.

Türkiyə mediasında həmçinin daha bir nəfər partiya sədrinin də saxlanıldığı bildirilir. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, həmin partiya sədri Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğludur. O, bir neçə saat əvvəl vəkili Zibeydə Sadıqova ilə birgə Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilib.

Onun saxlanılmasının FETÖ məsələsi ilə sıx bağlı olduğu bildirilir. Qeyd olunur ki, ADR sədri tez-tez ABŞ-nin Pensilvaniya ştatına səfər edib, Fətullah Gülənlə çoxsaylı görüşləri olub.

Tacxeber.com

Oxşar xəbərlər