• 23 Noyabr 2024 06:06

“Avropada nə xristian, nə də demokratik məsləki olan siyasi sinif formalaşıb” – Orban

“Avropa İttifaqı hamıya öz kəmərini nümayiş etdirən, lakin rinqə çıxa bilməyən çempion boksçuya bənzəyir…”

“Çin qarşımızda tam fövqəldövlət qiyafəsində dayanıb və sivilizasiyanın əsas mərkəzidir…”

Macarıstan prezidenti Viktor Orban öz ölkəsi ilə Avropa Birliyi arasında münasibətlər barəsində proqram xarakterli çıxış edib. O, Avropanı iki düşərgəyə parçalayan məsələlər üzərində müfəssəl dayanıb.

 xəbər verir ki, bu barədə o, Rumıniyanın Tuşvanyoş Yay Universitetinin 32-ci sessiyasında çıxış edərkən danışıb.

Siyasətçi izah edib ki, avropalılar “federalçı” və “suverençi”lərə, yəni bütün Avropanın vahid qanun və normalarla yaşamasına, milli fərqlərin silinməsinə can atanlara və ölkələr, xalqlar və dini icmalar səviyyəsində özünə məxsus mədəniyyəti, ənənələri və dünyagörüşünü saxlamaq istəyənlərə bölünür.

Yerli telekanalın yayımladığı çıxışında Orban iştirakçılara məlumat verib ki, bu gün “Avropa dəyərləri” üç şeyi- miqrasiyanın dəstəklənməsi, eynicinsli münasibətlərin alqışlanması və Şərqi Avropada müharibənin qızışdırılmasını nəzərdə tutur.

Macarıstan prezidentinin sözlərinə görə, Avropa “ətrafına nəzər salarkən üsyankar dünyanı, qarışıq səs-küyü, köhnə inciklikləri, çoxsaylı ac adamları və həddən artıq istehlakı görən zəngin və zəif ittifaqa” çevrilib.

Onun sözlərinə görə, Avropa Birliyi “hamıya öz kəmərini nümayiş etdirən, amma daha rinqə çıxmağa risk etməyən çempion boksçuya” bənzəyir. Bu, avropalıları iqtisadi, siyasi və mədəni təcridə aparıb çıxarır.

“Avropa İttifaqı xristian irsindən imtina edir, əhalinin miqrasiya vasitəsilə dəyişdirilməsini həyata keçirir, Avropa millətlərinin ailə dəyərlərinə qarşı kampaniya aparır.

Avropada heç kimə hesabat verməyən, nə xristian, nə demokratik məsləki olmayan siyasi sinif yaradılıb, ona görə də biz Avropanı nə qədər sevsək də, onun bizim olduğunu dərk etsək də, hər halda mübarizə aparmaq lazım gələcək”, – Orban qeyd edib.

O, elan edib ki, Qərbi Avropa ölkələri ideoloji olaraq aqressiv homoseksual kampaniya yolu ilə Macarıstana hücum edir və bu hücumu  “yalnız uşaqların müdafiəsi haqqında ümummilıi konsensus əsasında dəf etmək mümkün olub”.

Siyasətçinin sözlərinə görə, “federalçılar” artıq “Vişeqrad dördlüyü”nü (Mərkəzi Avropanın 4 dövləti-Polşa, Çexiya, Slovakiya və Macarıstandan ibarət birlik-red.) qismən parçalamağa müvəffəq olub, burada “çexlər boyun əyib, Slovakiya səndələyir, yalnız polyaklar və macarlar tab gətirir”.

Orbanın sözlərinə görə, “federalçılar” var gücü ilə Macarıstanda hakimiyyət dəyişikliyinə nail olmaq istəyir, onlar “müxalifəti maliyyələşdirir, siyasi korrupsiyanın cürbəcür vasitələrindən istifadə edir”.

Lakin macar prezidenti nikbindir, o, xatırladıb ki, “federalçılar”ın səylərinə rəğmən, İtaliyada Corci Meloni hökuməti hakimiyyətə gəlib, “Avstriyada da nəsə hərəkət var, qarşıda isə İspaniyadakı seçkilərdir”.

Orban güman edir ki, Avropa Rusiya yanacağından imtina etməklə ağılsız davranıb. O, xatırladıb ki, Ukrayna müharibəsindən öncə Avropa İttifaqının neft və qaz idxalına il ərzində ödədiyi ümumi məbləğ 300 milyard avro təşkil edibsə, müharibənin bir ili ərzində bu məbləğ 653 milyard avro, yəni iki dəfədən çox təşkil edib. “Bu zaman Rusiya xammalını kimsə başqası alır”, – siyasətçi deyib.

Macar prezidenti dünyada qüvvələr nisbətinin ümumi mənzərəsi barədə də öz baxışlarını ifadə edib. O, izah edib ki, hazırda “qarşı-qarşıya dayanan” iki əsas qüvvə var, bunlar ABŞ və Çindir, məsələ yalnız bu iki nəhənglərin arasında gələcəkdə müharibədən yan keçməyin mümkün olub-olmamasındadır.

“Çin qarşıməzda tam fövqəldövlət qiyafəsində dayanıb. O, sivil kredoya malikdir, o, sivilizasiyanın əsas mərkəzidir, onların Çinin yenidən böyüklüyünü təmin etmək üzrə uzunmüddətli planı var, onların Asiyada Qərbin gəlişindən öncə mövcud olan hökmranlığını bərpa etmək üzrə ortamüddətli planı var”, – Orban vurğulayıb. (Moderator).

Tacxeber.com

Oxşar xəbərlər