• 23 Noyabr 2024 03:41

“Bir gündə 3 taksi şirkəti eyni qiyməti təyin edirsə, deməli, bunu hökumət istəyib”

Xəbər verdiyimiz kimi, Azərbaycanda bəzi taksi şirkətləri minimum gediş haqqının məbləğini artırıblar. Belə ki, bu gündən “Bolt”, “Uber”, “Yango” taksi şirkətlərində minimal qiymət 2,50 AZN təşkil edəcək.

Tacxeber.com xəbər verir ki, iqtisadçı ekspert Natiq Cəfərli Feysbuk profilindəki paylaşımında bu qiymət artımını şərh edib.

O, paylaşımında yazıb ki, taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir:

“Qanunlara görə hökumət Tarif Şurasının səlahiyyətlərinə daxil olan sahələrdən başqa digər sahələrdə qiymət qoya, təyin edə bilməz. Taksi xidməti hökumət tərəfindən tənzimlənməyən xidmət sahəsidir. Əgər eyni gündə 3 müxtəlif taksi xidməti şirkəti eyni qiyməti təyin edirsə, deməli bunu hökumət istəyib – yaxşı, nə əsasla hökumət bu addımı atıb?! Əslində bu, biznesin işinə birbaşa müdaxilədir, qanuni əsası da yoxdur. Yəni, nazirlik əmrlə qiymət təyin edə bilməz, amma edir – ölkədə son 10 ildə qiyməti ucuzlaşan yeganə sahə olan taksi xidmətinin işinə müdaxilə edir, hətta bazara yeni daxil olmuş “Uklon” taksi şirkətinə lobbiçilik edir, çünki, bu gün qiyməti artıran şirkətlər sırasında “Uklon” yoxdur. Bundan başqa “Uklon” şirkəti klassik “dumping”lə məşğuldur, qiymətləri ucuz edib ki, digər şirkətləri bazardan çıxarsın, məntiqlə, anti-inhisar orqanları belə işlərlə məşğul olmalıdırlar. Bu suallara, yaranmış vəziyyətə hökumət izah gətirəcəkmi?! Təbii yox, niyə bizə hesabat-açıqlama verməlidirlər ki?! Hesabatlı hökumətin formalaşması üçün biz nə etmişik ki, açıqlama da versinlər?!”

Tacxeber.com

Oxşar xəbərlər