• 23 Noyabr 2024 09:44

Zirincin faydaları

 

Zirinc kulinariyada geniş istifadə olunur. Lakin insanların bir çox hissəsinin bu giləmeyvənin faydalı xüsusiyyətləri haqqında xəbəri yoxdur.

Zirinci “şimal limonu” adlandırırlar, bu da səbəbsiz deyil. Zirinc bəzi xüsusiyyətlərinə görə həqiqətən limona bənzəyir. İlk növbədə zirinc C vitamini ilə zəngindir. Bundan əlavə zirincdə orqanik turşular, alkaloidlər, efir yağları, pektinlər və s. faydalı maddələr var.

Qədim vaxtlarda zirincdən qandayandıran, iştahartıran vasitə kimi istifadə olunurdu.

Müasir tibb zirincin bir çox faydalı xüsusiyyətlərini təsdiq edir. Belə ki, zirincin tərkibində nadir maddə “berberin” var ki, bu maddə qara ciyərin, öd kisəsinin fəaliyyətinə çox müsbət təsir edir, öd qovucu təsir edir.

Zirinc “ağır” qidaların mənimsənilməsini sürətləndirir və asanlaşdırır. Bu səbəbdən zirinc tez-tez ət yeməklərinə əlavə olunur.

Zirinc orqanizmə antibakterial və virus əleyhinə təsir edir, iltihabı azaldır.

Zirinc dəmləməsi öskürək, angina, nəfəsalma orqanların iltihabları zamanı çox yaxşı müalicəvi təsir edir. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı qurudulmuş zirinc 1 fincan qaynar suda 1/2 saat ərzində dəmlənilir, 1/2 çay qaşığı bal əlavə olunur və içilir. Belə dəmləmə həmçinin immun siteminə də çox müsbət təsir edir, orqanizmi möhkəmləndirir, orqanizmin virus və bakteriyalara olan davamlılığını artırır.

Zirinc arterial təzyqin və qanda şəkərin tənzimlənməsinə müsbət təsir edir.

Tacxeber.com

Oxşar xəbərlər