• 24 Noyabr 2024 05:03

Zaqatalada itən turist: “Qarşımıza ayı çıxdı“ – VİDEO

Zaqatalada itən turist: “Qarşımıza ayı çıxdı“ - VİDEO

İyulun 23-ü səyahət məqsədilə Zaqatala rayonunda dağlıq-meşəlik ərazidə yolu azan və köməksiz vəziyyətdə qalan 2 nəfər – Əli Əlizadə və Əbdül Rzayev dağlıq ərazidən təxliyə olunublar.

Tacxeber.com APA TV-yə istinadla xəbər verir ki, artıq Bakıya qayıdan Əbdül Rzayev yaşadıqları o qorxunc 2 gündən danışıb.

Gecələdikləri dərədə ayı gordüklərini bildirən müsahibimiz yırtıcı heyvandan uzaqlaşmaq üçün yollarını dəyişdiklərini və bundan sonra vəziyyətin daha da çıxılmaz hal aldığını bildirdi.​​​​​​

Əbdül Rzayev deyir ki, bu günlərdə həyatda qalmağımıza kömək edən ən böyük amillər çadır və ehtiyat qidamızın olması idi.

Tacxeber.com

Oxşar xəbərlər