Xankəndi abidəsi 1967-ci ildə ucaldılıb və dünyada yüzilliyin şərəfinə ucaldılan ilk abidədir.
Tacxeber.com xəbər verir ki, abidənin açılışı 1817-ci ildə Qarabağ xanlığında anadan olmuş ən məşhur qarabağlı Şirin Həsənovun 150 illik yubileyinə təsadüf edib.
Abidənin müəllifi erməni əsilli heykəltəraş olub, abidəyə erməni xüsusiyyətlərini verib, lakin pulu Azərbaycan hökuməti ayırıb, abidə Azərbaycan torpağında tikilib və əslən məşhur azərbaycanlıya həsr olunub.
Abidənin bu cür erməniləşdirilməsi daha sonra Azərbaycan rəhbərliyində suallar doğursa da, sonda erməni əhalisini incitməmək və abidəni açmaq qərara alınıb.
Ermənilər xarakterlərinə uyğun olaraq hər bir tarixi dəlilləri öz adlarına çıxarmaq üçün bu abidəni də özününküləşdirməyə çalışıb. Tarixi faktlar isə onların hiylələrini həmişəki kimi ifşa edir. Sadəcə, Azərbaycan yenə də humanizm nümayiş etdirib.
“Pravda” qəzetinin yazdığına görə, abidə dünyada yüzilliyin şərəfinə ucaldılmış ilk abidədir.