Müğənni Nura Suri son bir neçə gündür instaqramda pulla mavi işarə alanlardan yazıb. Sənətçi 15 dollar ödəyib işarəni alanların onu paylaşıb reklam etmələrini tənqid edib: “İllər əvvəl bütün məşhurların kimlərəsə 3-4 min dollları ödəyib mavi işarə almaq üçün dəridən, qabıqdan çıxdıqları vaxtlar, bir dostum mənə səhifələrimi təsdiqləmək üçün nə lazım olduğunu başa saldı: instaqram, feysbukun qaydalarını göndərdi. Mən də profil şəkildən tutmuş, həştəqlərə kimi bütün qaydalara əməl edib özüm sorğu göndərdim. 2 gün sonra instaqram da, feysbuk da, “google” da təstdiqlənmişdi.
Heç kəsə 1 dollar belə ödəmədən, ağlımdan, dost məsləhətindən istifadə edərək etmişdim hər işimi. Ay Allah, indi 15 dollar ödəyib işarəni alanlar elə sevinirlər, elə bil nə böyük iş olub. Aylıq 15 dollardır da, sevinəcək nə var axı?”.