• 22 Sentyabr 2024 20:31

“Priqojin oteldə bakirə qızlardan ibarət hərəmxana saxlayıb…”

“O, çox zaman “həddi-buluq həddində” olan 18 yaşlı bakirə qızları seçib və sekslə prezervativsiz məşğul olub…”

“Onlar müntəzəm olaraq ginekoloq müayinəsindən keçib, qanın QİÇS-ə, sifilisə və hepatitə görə analiz verib, öz bakirəliyini sənədlə sübut etməli olub…”

Jurnalist araşdırmalarında ixtisaslaşan “İnsider” internet nəşri “Vaqner qrupu” özəl hərbi şirkətinin sahibi Yevgeni Priqojinin yaxın keçmişi barədə material dərc edib.

Moderator.az xəbər verir ki, bu barədə “svoboda.org” nəşri yazıb.

Məqalədə deyilir ki, 2019-cu ildə Peterburqda yaşayarkən o, müntəzəm olaraq ödənişli intim xidmətlərdən istifadə edib, bu zaman özünə çox zaman “həddi-buluq həddində olan” bakirə qızları seçib.

Jurnalistlər öz bakirəliyini Priqojinə 40 min rubla (təxminən 445 dollar-red.) satan belə qızlardan birinin sözlərindən iqtibas gətirib.

Onun sözlərinə görə, intim görüşlər üçün biznesmen Peterburqun Vasilyevsk adasındakı “Solo Sokos Hotel Vasilievsky” hotelində bir neçə nömrə məşğul edib.

Seks üçün pulla əldə etdiyi qızlar onlarca olub, bir çoxları Priqojinin ödəniş etdiyi bu nömrələrdə uzun müddət yaşayıb.

“O, eyni zamanda çox sayda yaşı 18-dən bir az çox olan qızları sifariş verib. Sekslə prezervativsiz məşğul olub, çünki hesab edib ki, bu üsulla enerji o, mübadiləsi edir, sanki  gümrahlığa yüklənir və ruh yüksəkliyi keçirir.

Onun, ümumiyyətlə, özünün çoxsaylı qəribəlikləri var, məsələn, onun cinsiyyət üzvünə “cığırdaş” tikilib. Bu, bəzi kişilərdə, xüsusilə “zona”da olanlarda dəbdə olan mövzudur, oraya müxtəlif əşyalar tikilir.

Hesab edilir ki, bu, kişini seks nəhənginə çevirir və qadınlar bundan ötrü “sinov gedir”. Əslində isə bu, qadınlar üçün çox ağrılıdır və xoşagələn deyil”, – nəşrin həmsöhbəti bölüşüb.

Qadın həmçinin deyib ki, Priqojinlə görüşdən öncə o, “Soqaz” klinikasında müayinədən keçməli və öz bakirəliyini sübut edən sənəd əldə etməli olub.

“İnsider”in materialı 2021-ci ilin noyabr ayında “Azadlıq Radiosu”nun dərc edilən məlumatını fakfiki olaraq təsdiq edir.

Orada o cümlədən deyilib ki, Vladimir Putinin böyük qızı Mariya Vorontsova və Rusiya prezidentinin yaxın qohumu Mixail Şelomovla bağlı olan Sankt-Peterburqdakı “Soqaz” tibb mərkəzində Putinin ən yaxın ətrafının, o cümlədən milyardçı Yuri Kovalçuk və “Ozero”

bağ kooperativinin həmtəsisçisi Sergey Fursenko və Federasiya Şurasının spikeri Valentina Matviyenko, həmçinkn klinikada başqa ad altında qeydiyyatdan keçən Priqojinin özü müalicə alır.

Bununla yanaşı, bu mərkəzdə elit eskort müştərilərə də xidmət göstərilir. Onlar  müntəzəm olaraq ginekoloq müayinəsindən keçir, qanın QİÇS-ə, sifilis və hepatitə görə analiz verir, bəzi qızlar öz bakirəliyini sənədlə sübut etməli olur.

Bu günlər rusiyalı hüquq müdafiəçisi, “Gulagu.net” təşkilatının təsisçisi Vladimir Oseçkin deyib ki, Priqojin həbsxanada cəza çəkərkən məhbuslar müəssisə administrasiyası ilə əməkdaşlıq etdiyinə görə onun barmaq sümüyünü kəsib atıb.

“O, koloniya əməliyyatçıları ilə əməkdaşlıq edib, kameradaxili agent, çuğul olub, buna da yaxşı baxılmayıb”, – Oseçkin deyib.

Tacxeber.com

Oxşar xəbərlər