• 24 Noyabr 2024 03:31

“Qara dənizdə zorakılıq riski əhəmiyyətli dərəcədə artıb” – Britaniya kəşfiyyatı

“Kreml öz strategiyasını dəyişərək Ukraynanı dünya taxıl bazarından xaric etmək istəyir…”

Rusiya “taxıl sövdələşməsi”ndən çıxandan sonra Rusiyanın Qara dəniz donanmasının gəmiləri öz mövqeyini dəyişərək Ukraynanın blokadasına və Ukrayna limanlarına gedən kommersiya gəmilərinin ələ keçirilməsinə hazırlaşıb.

Moderator.az xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Rusiyanın “Sergey Kotov” hərb gəmisi Qara dənizin cənub hissəsində qərarlaşaraq Bosfor boğazı ilə Odessa arasında gəmi yollarında patrul xidməti aparır.

Bu gəminin Odessa limanına gedən gəmilər üçün patrul xidməti aparacaq və lazım gəldikdə onları ələ keçirəcək operativ qrupun tərkibinə daxil olacağı imkanı var.

Müdafiə Nazirliyi qeyd edib ki, taxıl təşəbbüsü əvvəlcə Qara dənizdə gərginliyi yumşaldıb, lakin hazırki məqamda münaqişənin intensivliyi və miqyasının artması təhlükəsi kəskin surətdə artmaqdadır.

Ukrayna taxılı ilə bağlı vəziyyət

İyulun 17-də Rusiya “taxıl sazişi”ndən rəsmən çıxdığını bəyan edib. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, iyulun 20-dən Qara dənizdə Ukrayna limanlarına gedən bütün gəmilər “hərbi təyinatlı yük daşıyıcıları” hesab ediləcək.

İyulun 22-də Kremlin strategiyasını dəyişdiyi və Ukraynanı dünya taxıl bazarından xaric etmək istədiyi barədə məlumat yayılıb.

İyulun 23-də Avropa İttifaqı bəyan edib ki, Ukrayna taxılının “həmrəylik dəhlizləri ilə” ixrac etməyə hazırdır. “Həmrəylik marşrutları” Avropa İttifaqı ölkələri vasitəsilə barjlar, dəmir yolları, avtomobil yolları və ya daxili su yolları ilə malları daşımağa imkan  verir.

Tacxeber.com

Oxşar xəbərlər