• 24 Noyabr 2024 06:45

Belarusdakı “Vaqner” düşərgəsinin yeni peyk şəkilləri dərc olunub

Amerikanın Müharibənin Araşdırılması İnstitutunun (ISW) iyulun 23-də “Maxar Technologies” şirkəti tərəfindən Belarusun Mogilyov vilayətindəki Osipoviçi yaxınlığındakı muzdlulardan ibarət “Vaqner” düşərgəsinin peykdən çəkilmiş şəkillərini dərc edib.

İnstitutun analitiklərinin fikrincə görüntülərdəki nəqliyyat vasitələri əsasən yüzlərlə minik avtomobili, kiçik yük maşınları və 35-ə yaxın yarı-qoşqudan ibarətdir.

Belarusdakı hərbi texnikanın hərəkətini izləyən “Belaruski Gayun” Telegram kanalındakı görüntülərin cənub hissəsində Belarusa gedən azı iki “Vaqner” karvanına məxsus tikinti texnikasını da görmək olub.

“Belarusdakı “Vaqner” qüvvələri mexaniki texnika ilə yenidən təchiz olunmayana qədər Polşa və ya Ukrayna üçün hərbi təhlükə yaratmır. Hətta o zaman belə onlar NATO üçün ciddi təhlükə deyil” – Müharibənin Araşdırılması İnstitutunun xülasəsində bildirilib.

Muzdlulardan ibarət “Vaqner” qrupunun təsisçisi Yevgeni Priqojinin 2023-cü il iyunun sonunda təşkil etdiyi üsyandan sonra qrup Belarusa köçməyə başlayıb. “Belarus Gayun” Teleqram kanalının məlumatına görə, iyulun 23-də səhər saatlarında “Vaqner”in 11-ci koloniyası Belarusa gedib.

“Hazırda bildirmək olar ki, “Vaqner” muzdlularının Belarusa mütəşəkkil gəlişi əsasən iyulun 15-dən iyulun 19-dək olan dövrə təsadüf edib. Eyni zamanda muzdluların avadanlığı kiçik kolonnalarla Belarusa gəlməkdə davam edir” – Teleqram kanalında deyilib.

İyulun 12-də Rusiya Müdafiə Nazirliyi muzdlulardan “T-90”, “T-80”, “T-72B3” tankları, “Qrad” və “Uraqan” reaktiv yaylım atəş sistemləri və digər silahlar da daxil olmaqla, iki mindən çox texnika və silah aldığını bildirib. Bundan əlavə, onlara 2,5 min tondan çox müxtəlif sursat və 20 minə yaxın atıcı silah verildiyi iddia edilir.

“Vaqner”in əsas bazasının Osipoviçi şəhəri yaxınlığındakı düşərgə olduğu deyilir. İyulun 14-də Belarus Müdafiə Nazirliyi ölkənin ərazi müdafiə qüvvələrinə Priqojinin muzdlularının təlim keçdiyini, iyulun 20-də isə nazirlik hərbi qüvvələrinin Polşa sərhədi yaxınlığındakı Brestsk poliqonunda “Vaqner” muzdluları ilə birgə təlimlər keçirdiyini bəyan edib. Buna cavab olaraq Polşa Müdafiə Nazirliyi bildirib ki, Belarusla sərhəddə vəziyyəti izləyir, “sərhədlər etibarlı şəkildə qorunur” və “müxtəlif inkişaf ssenarilərinə hazırdır”.  (Amerikanınsesi)

Tacxeber.com

Oxşar xəbərlər