• 21 Sentyabr 2024 14:35

Bakıda professional dələduz kameraya yaxalandı – 60 manatı belə oğurladı – ANBAAN VİDEO

 

 

Paytaxtın Binəqədi rayonunda kosmetika mağazasında dələduzluq hadisəsi baş verib.

Bu barədə görüntülər BAKU.WS-in “qaynar xətti”nə daxil olub.

Bildirilib ki, hadisə 3-cü mikrorayon, Cavadxan 10 ünvanında yerləşən kosmetika məhsulları satılan mağazada qeydə alınıb.

Belə ki, mağazaya daxil olan orta yaşlı kişi, 165 manat pulu satıcıya təqdim edərək 170 manat olduğunu iddia edib və bütövlətmək istədiyini bildirib. Hər şey də bundan sonra yaşanıb. Pulu sayan satıcı 5 manat əskik olduğunu həmin şəxsə deyib. İddia edilir ki, kişi pulu sayan zaman gizlincə 60 manatını götürüb və yerdə qalan məbləğin üzərinə beş manat əlavə edərək təkrar mağaza əməkdaşına uzadıb.
Bildirilib ki, hadisə ilə əlaqədar polisə məlumat verilib.

Sözügedən görüntüləri təqdim edirik:

 

Oxşar xəbərlər